Milana - Runaway House Qalacıq

Qalacıq kəndi, İsmayıllı

(Xəritədə Göstər)

Maks. 4 qonaq 1 yataq otağı 2 yataq

Milana - Runaway House İsmayıllı rayon Qalacıq kəndində yerləşir. Evin ətrafındaki gözəlliyə böyük çəmənlik, Qafqaz Dağlarına mənzərə, çaylar, şəlalə və Şahdağ Milli Parkı (İsmayıllı bölməsi) tərəfindən qorunan sıx meşəliklər daxildir. 

Bu Runaway evimiz əvvəlkilərə nisbətən daha böyükdür (təqribən 23 m2) və komandamız tərəfindən diqqətlə elə dizayn olunub ki, sizə lazım olan hər şey sığışsın. Sizin rezervasiyanıza seçiminizdən asılı olaraq ən çoxu 2 nəfər yataqda və 2 nəfər isə divanda gecələməyi daxil ola bilər. Qeyd edək ki, divan açılanda eni 160 sm, uzunluğu 190 sm olur. Evlərdə təravətli yataq dəsti, hamam dəsmalları, duş məhsulları və əsas mətbəx ləvazimatları mövcuddur. Hər bir evin həyətində sizə məxsus tonqal yeri, piknik masası və komfortlu iki ədəd stul var. Hər bir Runaway ev yemək bişirmək üçün iki gözlü elektrik bişirmə paneli, böyük soyuducu, mikrodalğalı soba, qab və qaşıq, konserv açan, elektrik çaynik, qazan, tava, mətbəx bıçaqları, yağ, duz, istiot, mətbəx solfeti və qab yuyan maye ilə təmin edilib. Evin içindəki mətbəxdə və ya həyətdə tonqal yerində bişirməkdə sərbəstsiniz. Ancaq zəhmət olmasa qazan və tavanı yalnız mətbəxdəki elektrik bişirmə panelində istifadə edəsiniz.

Biz xəzli dostları sevirik amma siz yalnız it dostlarınızı kiçik bir təmizlik haqqı ödəməklə özünüzlə gətirsəniz sevinərik. 

Siz altı hündür olan sedanla da gələ bilərsiniz. Ancaq biz tövsiyə edirik ki, yolsuzluq şəraitində sürə biləcəyiniz maşınla (4x4) gəlsəniz, sizin və maşınınız üçün rahat olar. 

Əgər siz bu rezervasiyadan sonra ikinci evi də rezervasiya etməyi planlayırsınızsa, məlumat üçün bildirək ki, qonşu ev “Fərəh - Runaway House Qalacıq” evidir. Zəhmət olmasa həmin evin də eyni tarixlərə boş olmasını yoxlayıb, sonra bu evi rezervasiya edəsiniz ki, sonra məyus olmayasınız.

Sizə xoş Runaway arzu edirik. :)

 

Yataq düzülüşləri

Yataq otağı 1

İki nəfərlik yataq, Divan yataq

Evin növü

Kabin ev, Kiçik ev, Konteyner ev

Yerləşməsi

Çəmənlikdə, Dağlıq ərazi, Meşəyə yaxın, Mənzərəli yer

Şərait

Saç qurudan
Hamam ləvazimatları
İsidici
Şampun
İsti su
Saç kondisioneri
Duş kabini
Sabun
Duş geli
Mələfələr
Tualet kağızı
Paltar qurutma asqısı
Əlavə yastıq və ədyallar
Qab yuyan maye
Kondisioner
Xüsusi iş masası
Asılqan
Dəsmallar
Geyim dolabı
Otağı qaranlıqlaşdıran pərdələr
Yataq dəsti
Elektrik bişirmə paneli
Qab və qaşıq
Elektrik çaydan
Konserv açan
Qazan və tava
Mətbəx bıçaqları
Yağ, duz və istiot
Mətbəx solfeti
Şərab stəkanları
Mikrodalğalı soba
Yemək masası
Soyuducu
Piknik masası və stullar
Tonqal yeri
Ödənişsiz parkinq

Doluluq və Qiymət Kalendarı

Sizin Rezervasiyanız

Giriş tarixi
Çıxış tarixi

Qiymət təfərrüatları

    • Cəmi
    Loading...