Runaway edin

Hər il səyahət trendləri bir-birini əvəz edir. Buna baxmayaraq, 2021-ci il bu günə qədər turizmin ən əlamətdar illərindən biri olacaq. Dünya yavaş-yavaş COVID-19-dan bərpa olduqca və sərhədlər tədricən açılmağa başladıqca, səyahətin pandemiyadan öncəki dövrə nisbətən bir az fərqli olacağını gözləyirik.

Planetimiz, cəmiyyətimiz və ümumiyyətlə sənaye üçün səyahət və turizmin davamlı olmasının çox vacib olduğu aydın məsələdir. Davamlı turizm prinsiplərini nəzərə alsaq, sosial məsafəli səyahət daha aktual olmağa başlamışdır.

On beş illik təcrübəsi olan turizm mütəxəssisləri olaraq qərara gəldik ki, turistlərimiz üçün postpandemiya dövrünün tələblərinə cavab verən turizm konsepsiyası yaradaq. Biz Runaway House şirkətini yaratdıq ki, insanlara sosial məsafəli qonaqpərvərlik xidməti göstərək, təbiətin ən ucqar yerində amma eyni zamanda 5 ulduzlu otelin otağının komfortunu təmin edə bilək və tam təchiz edilmiş mətbəxdə yerli orqanik məhsullardan öz hazırladığı yeməyi dadmaq üçün fürsət yaradaq. Təbiətdəki kiçik kabin evlərimiz ruhunuzun enerji ilə bərpa olması və sizin üçün dəyərli olan və sevdiyiniz insana yenidən bağlanmanız üçün sizi şəhərdən, sosial mediadan, kütləvi xəbərlərdən və işdən qurtulmağınıza kömək olur. Hal-hazırda bizim Azərbaycanın İsmayıllı rayon Qalacıq kəndində 8 ədəd Runaway evimiz var. Buna baxmayaraq, məqsədimiz 2021-ci il ərzində Runaway evlərimizin sayını 200 ədədə çatdırmaq, onları Azərbaycan və Gürcüstanın ən füsunkar ucqar turizm bölgələrində yerləşdirməkdir.

Offline ola bilmək üçün online siyahımıza qoşulun

Bizim yeniliklərdən, həyatınızda balansı qoruyub saxlamaq üçün lazım olan məsləhət və tövsiyələrdən, tədbirlərimizdən və yeni açılmış məkanlarımızdan xəbərdar olmaq üçün e-poçt ünvanınızı siyahımıza əlavə edin.

Runaway etməyə hazırsan? Şəhərdən qaçışını indi planla.