Erkən Rezervasiya Endirimi

Erkən Rezervasiya Endirimi

Endirimlərimizdən faydalanmaq üçün
istirahət tarixinizdən 15 gün və daha əvvəl
rezervasiya etməyinizi tövsiyə edirik.

REZERVASİYA ET
Uzunmüddətli qonaqlama Endirimi

Uzunmüddətli qonaqlama Endirimi

Biz inanırıq ki, təbiətdən zövq almaq, ruhunuzu dinləndirmək
və gündəlik işinizə enerji dolu qayıtmaq üçün
daha çox günə ehtiyacınız olacaq.

REZERVASİYA ET
Runaway Hədiyyə edin

Runaway Hədiyyə edin

Sevdiklərinizə təbiətdə səssiz və toxunulmaz
anları yaşamağı hədiyyə edin.

HƏDİYYƏ KARTI AL

Biz Öz Komandamızın və Qonaqlarımızın Təhlükəsizliyini Qoruyuruq

Təbiətin ucqar yerində olması Runaway-in özəyində və ruhundadır. Biz elə sıfırdan sosial məsafəli dizayn edilmişik.

Qeydiyyata
yaxınlaşmadan evə giriş
Təmizlik xidməti
2 dəfə gücləndirilmişdir
Qoruyucu
maskadan bütün
heyət istifadə edir.
Evlər arası
məsafə
10-50 metrdir
İşçi heyətimizlə
birbaşa təmasda
olmursunuz
Hər bir evin
özəl tonqal yeri
mövcuddur

Runaway sizə gündəlik həyatdan uzaqlaşmaq və enerjinizi bərpa etmək üçün fürsətlər yaradır.

Biz müasir həyatda balans yaratmağa inanırıq - istirahət etmək və gündəlik həyəcandan qaçmaq üçün vaxt ayırmaq, özümüzə, münasibətlərimizə və təbiətin möcüzələrinə diqqət yetirmək yalnız insanın öz əlindədir.

Runaway House

TEZ-TEZ VERİLƏN SUALLAR

Qiymətə nə daxildir?

Sizin rezervasiyanıza seçiminizdən asılı olaraq ən çoxu 2 nəfər böyük adam yataqda və 2 nəfər uşaq isə divanda gecələməyi daxil ola bilər. Evlərdə təravətli yataq dəsti, hamam dəsmalları, duş məhsulları və əsas mətbəx ləvazimatları mövcuddur. Hər bir evin həyətində sizə məxsus tonqal yeri, piknik masası və komfortlu iki ədəd stul var.

Evə giriş-çıxış qaydası necədir?

Evə giriş saat 14:00 (siz bu saatdan sonra istənilən vaxt evə girə bilərsiniz) başlayır və çıxış saat 12:00 (siz bu saata qədər evdən çıxmalısınız ki, evi növbəti müştəri üçün təmizləyib hazır edək) bitir.

Yaxınlıqda başqa Runaway evlər də varmı?

Bəli. Bizim bütün məkanlarımız bir neçə Runaway evlərdən ibarətdir. Hər evin həyətində özünün tonqal yeri, özündə piknik masası və 2 ədəd stulu birləşdirən özəl oturma yeri mövcuddur. Biz çox çalışırıq ki, hər bir evin öz zonası olsun, ancaq məkanda müəyyən məsafələrdə başqa Runaway evləri də görməyə hazır olun.

Sizin sadiq müştəri (loyalty) proqramınız varmı?

Bəli. Müxtəlif vaxtlarda və ya ardıcıl olaraq cəmi 10 gecə qalan şəxsə növbəti gecəsi hədiyyə edilir. Sadiq Müştəri Klubu haqqında daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.   

Evləriniz necədir?

Bizim Runaway evlərimiz kiçicikdir (təqribən 19-23 m2) və komandamız tərəfindən diqqətlə elə dizayn olunub ki, sizə lazım olan hər şey sığışsın amma lazım olmayanlar yox. Hər bir ev yağ, duz, istiot kimi zəruri yemək bişirmə məhsulları, qazan, tava, qabqacaq ilə təmin edilmiş kiçik mətbəx, təravətli yataq dəsti və dəsmallar, əsas yataqdan başqa yataq kimi açılan divan, kitab oxumaq və ya yemək üçün masa və iki stul, istilik sistemi, tualet və duş kabin ilə təchiz edilib. 

Özüm yemək bişirə bilərəmmi?

Hər bir Runaway ev yemək bişirmək üçün iki gözlü elektrik bişirmə paneli, mini soyuducu, qab və qaşıq, konserv açan, elektrik çaynik, qazan, tava, mətbəx bıçaqları, yağ, duz, istiot, mətbəx solfeti və qab yuyan maye ilə təmin edilib. Evin içindəki mətbəxdə və ya həyətdə tonqal yerində bişirməkdə sərbəstsiniz. Ancaq zəhmət olmasa qazan və tavanı yalnız mətbəxdəki elektrik bişirmə panelində istifadə edəsiniz. 

Offline ola bilmək üçün online siyahımıza qoşulun

Bizim yeniliklərdən, həyatınızda balansı qoruyub saxlamaq üçün lazım olan məsləhət və tövsiyələrdən, tədbirlərimizdən və yeni açılmış məkanlarımızdan xəbərdar olmaq üçün e-poçt ünvanınızı siyahımıza əlavə edin.